"Qarabağ"ın oyununa biletlər satışa çıxarılır

Azərbaycan Premyer Liqasının 1-ci turunda keçiriləcək “Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri bu gün saat 13:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.Biletlər bu gün və sabah iticket.az-da onlayn, həmçinin oyun günü “Azersun Arena”nın kassasında da satışda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right