Bu gün Topaz Premyer Liqasında 4-cü tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, "Neftçi" səfərdə "Rəvan"ı 3:1 hesabı ilə məğlub edib.
Bayıldakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Emin Quliyev məğlubiyyəti belə şərh edib:
“Futbolçularımdan çox narazıyam. Səhvlərdən sonra qapımızda qollar gördük. Bizə mütləq bir mərkəz hücumçusu lazımdı. Hakim oyuna cəmi 4 dəqiqə əlavə etdi. Hakimlikdən danışmaq istəmirəm”.