“Aris”in məşqçiləri “Qarabağ” – “Rakuv” oyunu üçün Bakıya gəliblər

Kiprin “Aris” klubunun məşqçiləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün keçiriləcək “Qarabağ” – “Rakuv” (Polşa) oyununu izləmək üçün Bakıya gəliblər.

Newsport.az-ın məlumatına görə, Limassol təmsilçisinin mətbuat xidmətinin rəhbəri Kostas Papadopulos bununla bağlı yerli mətbuata açıqlama verib.

Onun sözlərinə görə, baş məşqçi Aleksey Şpilevskinin köməkçiləri potensial rəqiblərin görüşünü canlı izləyərək, qeydlərini aparacaqlar.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. “Qarabağ” – “Rakuv” cütünün qalibi III təsnifat mərhələsində “Aris”ə rəqib olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right