“Rakuv” da, “Qarabağ” da çətin komandadı”

Kipr klubu “Aris”in baş məşqçisi Aleksey Şpilevski Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Rakuv” oyununu səbirsizliklə gözləyir. Newsport.az xəbər verir ki, belaruslu mütəxəssis növbəti raunddakı potensial rəqiblərini dəyərləndirib.

O, III təsnifat mərhələsində “Rakuv”la qarşılaşmaq istədiklərini etiraf edib: “Mən “Rakuv”la oynamağımızı istərdim. Bu yaxınlarda mənə bu komandadan təklifi gəldi. Onların baş məşqçisi olmağa yaxın idim, amma sonda qalmağı seçdim. “Rakuv” da, “Qarabağ” da çətin komandadı. Bu mənada bizim üçün yaxşı cütlük yaranacaq”.

Qeyd edək ki, “Aris” II raundda Belarus BATE-sini hər iki oyunda üstələyərək (6:2, 5:3) mərhələ adlayıb. “Qarabağ”la “Rakuv” isə bu gün Bakı Olimpiya Stadionunda cavab görüşünə çıxacaqlar. Polşadakı ilk matçda ev sahibləri 3:2 hesablı qələbə qazanıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right