Transfer bazarının fəal komandası “Neftçi” daha bir oyunçunu heyətinə qata bilər. Newsport.az xəbər verir ki, Bakı təmsilçisi yenə hücum xəttini gücləndirməkdə maraqlıdı.
Hətta “ağ-qaralar”ın gündəmində olan növbəti futbolçu da bəllidi. Belə ki, Meksikanın “Krus Asul” klubunun argentinalı qolçusu Auqusto Lotti Premyer Liqanın bürünc mükafatçısının maraq dairəsindədi.
Ölkəsi Argentinadan da təklif alan forvard bu variantı nəzərdən keçirməyəcək. Çünki o, Avropaya yollanmaqda qərarlıdı. Hazırda “Neftçi”nin bu mübarizədə əsas rəqibi Yunanıstan təmsilçisi “Volos” sayılır.
Qeyd edək ki, Auqusto Lottinin “Krus Asul”la hazırkı sözləşməsi 2026-cı ilin sonuna qədərdi.