Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyunları keçiriləcək.
Newsport.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” Polşanın “Rakuv” klubu ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda almaniyalı hakim Sven Yablonskinin idarə edəcəyi görüş saat 20:00-da başlayacaq.
İlk oyunda 2:3 hesabı ilə uduzan “Qarabağ” növbəti raunda çıxmaq üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır. Təmsilçimiz mərhələ keçərsə “Aris”lə (Kipr), uduzacağı halda isə Avropa Liqasının III təsnifat mərhələsində HİK (Finlandiya) / “Molde" (Norveç) cütünün məğlubu ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
2 avqust
20:00. "Qarabağ" (Azərbaycan) - "Rakuv" (Polşa) 1:1
Qollar: Redon Cica, 60 - Fran Tudor, 52
Bakı Olimpiya Stadionu. Baş hakim: Sven Yablonski (Almaniya)
İlk oyun - 2:3