“Rakuv”un yeni transferi “Qarabağ”la oyunöncəsi zədəsini sağaldıb

Polşanın “Rakuv” klubunun yeni transferi Srcan Plavşiç UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu ərəfəsində zədəsini sağaldıb.

Newsport.az-ın yerli mətbuata istinadən məlumatına görə, Çenstoxovadakı qarşılaşmanı buraxan serbiyalı futbolçu Bakıya gələn heyətdə yer alıb.

Baş məşqçi David Şvarqa Bakı Olimpiya Stadionunda reallaşacaq görüşdə 28 yaşlı yarımmüdafiəçinin xidmətindən yararlanmağı planlaşdırır.

Qeyd edək ki, avqustun 2-də keçiriləcək “Qarabağ” – “Rakuv” matçı saat 20:00-da başlayacaq. Bu komandalar arasında gerçəkləşən ilk oyunda polşalılar 3:2 hesablı qələbə qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right