Dünən Ruslan Abışovla Vüqar Nadirov rəsmən "Xəzər Lənkəran"dan ayrıldığları barədə məlumat vermişdik.
Newsport.az-ın məlumatına görə, artıq Abışovla Nadirovun yeni komandaları demək olar ki,məlum olub. Belə ki, millimizin üzvüləri "Qəbələ" ilə ilkin razlığa gəliblər.Etibarlı mənbəədən əldə etdiyimiz məlumata görə,tərəflər bu axşam görüşüb məsələyə tam aydınlıq gətirəcəylər. Onu da qeyd edək ki, bu transferlərin reallaşmasında baş məşqçi Roman Qriqorçukun özü yaxından iştirak edib.Yaxın saatlarda bu barədə saytımızda geniş məlumat veriləcək.