“Qəbələ”nin transferi “Omoniya” ilə oyunu buraxacaq

Konfrans Liqasının II təsnifat mərhələsində “Omoniya”nın qonağı olacaq “Qəbələ” səfərə itki ilə yollanıb. Newsport.az xəbər verir ki, baş məşqçi Elmar Baxşıyev Kiprdəki cavab görüşündə ideal heyəti meydana buraxa bilməyəcək.
 
Buna səbəb müdafiəçinin zədədən əziyyət çəkməsidi. Ukraynalı futbolçu hələ də fərdi məşqlərlə kifayətlənir. Bu üzdən 28 yaşlı oyunçu “Omoniya” ilə qarşılaşmanı buraxmalı olacaq.
Zurab Oçiqava “Qəbələ”yə yay fasiləsində “Sabah”dan keçib.
 
Qeyd edək ki, “Qəbələ”nin “Omoniya” ilə cavab oyunu avqustun 3-də olacaq. Qəbələdəki ilk qarşılaşmada qonaqlar 3:2 hesablı qələbə qazanıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right