"Konyaspor"un kapitanı İbrahim Şehiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Newsport.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Konya təmsilçisi bosniyalı qolkiperə xidmətlərinə görə təşəkkür edib. Şehiç yaxın günlərdə yeni klubu "Əl-Halic" ilə rəsmi müqavilə imzalyacaq.
Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. 2020-ci ilin yayından "Konyaspor"da oynayan qapıçı bu komandada 99 oyun keçirib.