Toqo millisinin üzvü "Neftçi"də

"Neftçi"nin baş məşqçisi Adrian Mutu Rumıniya çempionatından daha bir futbolçunun alınmasını istəyir.

44 yaşlı mütəxəssis "ağ-qaralar"ın heyətini "Universitatya Krayova 1948"in yarımmüdafiəçisi Samuel Asamoa ilə gücləndirmək niyyətindədir.

Rumıniya klubunun baş məşqçisi Nikolae Dika yerli "prosport.ro" nəşrinə açıqlamasında məlumatı təsdiqləyib:

"Asamoa hələlik bizimlə qalır, bütün diqqətini məşqlərə yönəldib. Onunla bağlı heç bir problem yoxdur. Hazırda klublar arasında danışıqlar davam edir. Rəhbərliyin "Neftçi" ilə bu mövzuda anlaşıb-anlaşmayacağını gözləyəcəyik".

Qeyd edək ki, Asamoa 2021-ci ildən "Universitatya Krayova 1948"də çıxış edir. 29 yaşlı yarımmüdafiəçi Toqo millisində 7 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right