“Belə oyunla “Qarabağ”la oynamağa da hazırıq” – Mirhüseyn Seyidov

"Rəqibimiz güclü komanda idi. Sevinirik ki, 3 xalı qazana bildik. Bu bizim üçün çox vacib idi.”

Newsport.az saytının məlumatına görə, bu sözlər "İnter”in futbolçusu Mirhüseyn Seyidova aiddir.Azərbaycan Premyer Liqasının IV turunda "Qəbələ”yə 2-1 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verən Seyidovun fikirləri belə olub: "Biz bilkirik ki, "Qəbələ” bizim Avropa Liqasında yolumuzu kəsə biləcək komandalardan biridir. Qələbə qazandığımız üçün çox şadıq. Belə oyunla nəinki "Qəbələ”, "Qarabağ”la da oynamağa hazırıq. Qarşımıza Avropa Liqasında vəsiqə qazanmaq məqsədi qoymuşuq. İnşallah bunun öhdəsindən gəlməyə çalışacağıq.”
Seyidov həmçinin "İnter”dəki son durumla bağlı da danışıb: "Komandamızda vəziyyət yaxşıdır. Maaşlarımızı alırıq. Rəhbərlik hər şeyin əvvəlki qaydasında olacağına söz verib.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right