“Reyncers”in sabiq hücumçusu Alfredo Morelosla maraqlanan klubların sayı artıb. Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “Qarabağ”ın transfer gündəmində olan kolumbiyalı daha üç təklif alıb.
“Everton”dan sonra İngiltərənin digər təmsilçisi “Uotford”, İspaniyaya “Qranada”sı, həmçinin Səudiyyə Ərəbistanın bir klubu 27 yaşlı forvardı heyətinə qatmağı planlaşdırır. Maraqlıdı ki, onun Çempionşipdə mübarizə aparan “Uotford”a keçmək şansı daha yüksək qiymətləndirilir.
Qeyd edək ki, Alfredo Morelos “Reyncers”in heyətində avrokubokların ən məhsuldar futbolçusudu. O, 5 il formasını geyindiyi Şotlandiya klubunda ölkə çempionatında isə 169 oyunda 124 qol vurub.