Kiprli müdafiəçi "Qəbələ" ilə oyundan əvvəl zədəsini sağaldıb

"Omoniya"nın futbolçusu Nikolas Panagiotu "Qəbələ"yə qarşı Kiprdə keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında iştirak edə biləcək.

Newsport.az "Athlitiki" nəşrinə istinadən xəbər verir ki, ilk qarşılaşmanı zədə səbəbindən buraxan 23 yaşlı müdafiəçi sıraya qayıdıb.

Baş məşqçi Sofronis Avqusti şans verəcəyi təqdirdə, kiprli oyunçu meydana çıxacaq.

Qeyd edək ki, Qəbələdəki ilk görüşdə Azərbaycan təmsilçisi 2:3 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right