Millimiz Səudiyyə Ərəbistanına uduzdu

Bakıda təlim-məşq toplanışını başa vuran çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

Newsport.az AFFA-ya istinadən xəbər verir ki, Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında Səudiyyə Ərəbistanı milli komandası ilə qarşılaşmanın əsas vaxtı 4:4 hesabı ilə nəticələnib.

Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Səudiyyə Ərəbistanı komandası yekunda 5:4 hesabı ilə qələbə qazanıb.

Comərd Baxşəliyevin dubl etdiyi oyunda komandamızın digər qollarını Bayram Paşazadə və Fuad Hüseynov vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right