Mutu: "Oyun intellektini inkişaf etdirməliyik"

"Neftçi"nin baş məşqçisi Adrian Mutu sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Newsport.az-ın məlumatına görə, rumıniyalı mütəxəssis "Barselona"nın baş məşqçisi Xavinin dediyi sitatı instaqram hesabında paylaşıb: 

"Xavi: Oyun intellektini inkişaf etdirməliyik. Futbolda ağıl üzərində işləmək ən vacib şeydir".

Xatırladaq ki, "Neftçi" Mutunun rəhbərliyi altında ilk rəsmi görüşü Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Jelezniçar"la (2:2) görüşünə çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right