Millimiz ərəblərə qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

Newsport.az AFFA-ya istinadən xəbər verir ki, Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında Səudiyyə Ərəbistanı milli komandası ilə qarşılaşan millimiz 7:3 hesablı qələbə qazanıb.

Komandamızın heyətində Comərd Baxşəliyev (2), Orxan Məmmədov (2), Elşad Manafov, Elçin Qasımov və Ramil Əliyev fərqlənib. Bu komandalar arasında növbəti oyun sabah keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right