“Neftçi”dən qalmaqallı şəkildə ayrılan Mateus Saldanyanın yeni komandası rəsmiləşib. Newsport.az xəbər verir ki, braziliyalı hücumçu Serbiya klubu “Partizan”la müqavilə imzalayıb.
Yaponiyanın “CEF Yunayted” klubundan alınan forvard yeni komandası ilə 4 illik sazişə qol çəkib. Saldanya yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Mateus Saldanya “Neftçi”yə bu ilin yanvarında icarə əsasında keçmişdi. O, ötən mövsüm Premyer Liqada keçirdiyi 17 oyunda 5 qol vurub.