"Qarabağ"ın yeni transferi:"Qol vurmağım özüm üçün də önəmli idi"

"Qarabağ"ın yeni transferi Armenteros Newsport.az-a müsahibə verib:

- Qol imkanlarınız çox olsa da, birini vurduz və qalib gəldiz. Oyun haqda nə deyəcəksən?

- Rəqib yaxşı müdafiə olundu. Ona görə çətin matç keçdi. Çoxlu qol imkanımız oldu. Qələbə qazanmağımız məni sevindirir. 

- Debüt matçındaca qol vurdun və komandana üç xalı qazandırdı..
- Oyuna çıxmamışdan inanırdım ki, hər şey yaxşı olacaq. Qol vurmağım özüm üçün də önəmli idi. Təbii ki, bunlar hamısı məni sevindirir. 

- Matça çıxmamışdan azarkeşləriniz də sənə dəstək oldu...
- Bəli onlara təşəkkür edirəm. Əsas odu azarkeşlərimiz meydana çıxmamışdan mənə dəstək oldular- "Armenteros, Armenteros, xoş gəlmisən" qışqırmaqları oldu. Buda mənə motivasiya verdi. 

- Gələn həftə Avropa Liqasında ilk oyununuza çıxacaqsız, rəqib isə "Tottenhem"di. "Qarabağ"dan səfərdə hansı nəticəni gözləmək mümkündü?
- "Tottenhem" çox güclü komandadı. Onlar istər İngitlərədə istərsə də Avropada yaxşı təcrübə qazanıblar. Bizdə də yüksək səviyyəli oyunçular var. Oyun 90 dəqiqə, sona kimi mübarizə aparmaq lazımdı. Bir qol hər şeyi həll edə bilər.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right