“Qəbələ” böyük ehtiras yayan komandadı”

“Ən vacib məqam mərhələ adlamağa üstünlük verən qələbəni qazanmaq idi. Zəif və güclü tərəflər haqqında danışmaq üçün hələ tezdi. Önəmli olan nəticə idi, “Omoniya” bunu bacardı”. Newsport.az xəbər verir ki, bunu “Omoniya”nın əfsanəvi futbolçusu Evaqoras Kristofi deyib.
 
62 yaşlı mütəxəssis Kipr mətbuatına açıqlamasında Nikosiya təmsilçisinin Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ”ni məğlub etdikləri (3:2) ilk görüşü dəyərləndirib. Veteran futbolçu “qırmızı-qaralar”ın birinci hissədə daha yaxşı olduğunu düşünür:
 
“Qəbələ” böyük ehtiras yayan komandadı. Sərt və qeyri-idmanla sərhəd olan hərəkətlər etdilər. Rəqibin qollar vurmaq üçün şansları da var idi. Birinci hissədə daha istəkli və hazırlıqlı göründülər. Ancaq Roman Bezusun het-triki həlledici oldu”.
 
Futbolçu karyerasında yalnız “Omoniya”nın (1979-1996) formasını geyinmiş Kristofi hücum xəttindən narazılı bildirib: “Omoniya son illər çox yaxşı müdafiəyə malik olub. Arxa xətdə problem yaranmağa başlasa, vəziyyət ürəkaçan olmaz. Çünki hücumdakı problemimiz hələ həll olunmayıb. Müdafiə və yarımmüdafiədə seçimlər var. “Omoniya”nın hücumu daha güclü olmalıdı. İrəlidə fərq yaradacaq forvarda ehtiyac var”.
 
Qeyd edək ki, bu komandalar arasında Nikosiyadakı cavab oyunu avqustun 3-də keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right