Yığmamızın rəqibləri müəyyənləşdi

Belarusun paytaxtı Minskdə təşkil olunacaq 2-ci Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin rəqibləri və görüşlərin təqvimi müəyyənləşib. 

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-19 yığmamız Rusiya, Belarus, Özbəkistan və Qırğızıstandan olan yaşıdları ilə qarşılaşacaq.

7 avqust, saat 20:30

Azərbaycan – Belarus

8 avqust, saat 17:30

Qırğızıstan – Azərbaycan

9 avqust, saat 17:30

Azərbaycan – Özbəkistan

11 avqust, saat 17:30

Rusiya – Azərbaycan

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right