“O qolu vura bilmədiyim üçün məyus oldum" - Musa Qurbanlı

“Nəticə yaxşı olmadı, məyusedicidi. Amma təslim olmayacağıq. Vəziyyəti dəyişməyə çalışacağıq”.
 
Newsport.az-ın məlumatına görə, bunu “Yurqorden”in azərbaycanlı hücumçusu Musa Qurbanlı İsveç mətbuatına açıqlamasında deyib.
 
21 yaşlı forvard Stokholmda İsveçrə təmsilçisi “Lütsern”ə 1:2 hesabı ilə uduzduqları Konfrans Liqasının II təsnifat mərhələsi görüşünü dəyərləndirib. O, xüsusən də, ikinci hissədə yaxın məsafədən başla çərçivəni düzgün nişan ala bilmədiyi epizoda görə məyus olduğunu bildirib: “O qolu vura bilmədiyim üçün çox məyus oldum. Normalda belə şansdan istifadə edirəm. Amma qismət olmadı. Növbəti imkanı əldə etməyə çalışacağam”.
 
Millimizin üzvü ideal formasından uzaq olduğunu da vurğulayıb. O, bir qədər zamana ehtiyac duyduğunu söyləyib: “Ən yaxşı fiziki formama çatmaq üçün mənə bir az vaxt lazımdı. İsveçdə mövsümün ortasındayıq, oyunçular artıq 15-dən çox matçda çıxış ediblər. Mən isə “Qarabağ”ın düşərgəsində toplanışda olmuşam. Formamı bərpa etmək üçün bir neçə oyun vaxtı lazımdı. Belədə həm də komandanı daha yaxşı tanımayacam, qarşılıqlı əlaqə güclənəcək”.
 
Gənc forvard Stokholmda hər şeyin ürəyincə olduğunu əlavə edib: “Bura çox gözəldi. Şəhər, insanlar, hər şey əladı. Azarkeşlərimiz isə möhtəşəmdi. Meydançada güclü atmosferi hiss edirik. Bu, bizi motivasiya edir. İndiyə qədər hər şey çox yaxşı gedir”.
 
Qeyd edək ki, “Yurqorden”lə “Lütsern” arasında cavab oyunu avqustun 3-də keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right