"Adana Dəmirspor"un prezidenti Elçin Məsiyevdən narazılıq etdi: "Belə bir şey ola bilməz"

Türkiyəni Konfrans Liqasında təmsil edən "Adana Dəmirspor" ilk oyununda "ÇFR Kluj"la qarşılaşıb.

Newsport.az xəbər verir ki, səfərdə keçirilmiş matç 1:1 hesabı ilə yekunlaşıb. 

Türkiyə klubunun prezidenti Mustafa Sancak isə oyunun baş hakimi Elçin Məsiyevdən narazı qalıb. O, matçdan sonra Türkiyə mətbuatına açıqlamasında Məsiyevin Rumıniya klubundan yana daha çox qərar verdiyini söyləyib: 

"Avrokuboklarda matçlar çətin olacaq. Asan oyun yoxdur. Hər görüş çətin alınır. Həmin gün kim şanslıdırsa qalib gələcək. ÇFR-in vurduğu birinci qoldakı kimi..Ayağına dəydi və qol oldu. Baş hakim isə evlərə şənlikdi. Bütün hüquqlarını onlardan yana istifadə edirdi. Belə bir şey ola bilməz".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right