Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.
Newsport.az saytının məlumatına görə, "İnter" doğma meydanda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.
"İnter Arena"dakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk məğlubiyyəti belə şərh edib:
“Mən futbolçuların oyunundan razıyam. Sadəcə, bu cür üstün oyunda məğlub olmaq çox üzücüdü. Biz məğlub olmamalı idik. Legioner limitini nəzərə alaraq, Popoviçi meydançaya buraxmışdıq. Ümumiyyətlə, hakimlərdən narazılığım yoxdu. Sadəcə, bəzi epizodlarda səhvlərlə yadda qaldılar. Qarşıda gələn PAOK oyununa hazırlaşmalıyıq".