“Zirə” “Kocaelispor”a qarşı

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün sonuncu yoxlama oyununu keçirəcək.
 
Newsport.az saytı xəbər verir ki, qəsəbə təmsilçisi yerli komanda ilə qarşılaşacaq.
 
Baş məşqçi Rəşad Sadıqov yetirmələrini “Kocaelispor”la qarşılaşmada sınayacaq. “Fenerbahçe Topuk Yaylası”nda təşkil olunacaq oyun saat 17:00-da başlayacaq. Bununla da “Zirə” Türkiyə toplanışını başa vuracaq.
 
 
Qeyd edək ki, “Zirə” Bolu toplanışı çərçivəsində yerli “Fatih Karagümrük” (0:0) və Tanzaniya təmsilçisi “Simba” (1:1) ilə heç-heçə edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right