Kiyev “Dinamo”sunun sabiq üzvü “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Məhəmməd Kadiri ilə 1 illik müqavilə imzalayıb.

Bir neçə gündür komandanın düşərgəsində olan qanalı dayaq yarımmüdafiəçisi karyerasına “Aşanti Qold” klubunda başlayıb. Daha sonra vətənindən Avstriyanın eyniadlı komandasına transfer olunan 27 yaşlı futbolçu Rusiyanın “Arsenal” (Tula) komandasında da çıxış edib. Onu daha çox məşhurlaşdıran isə Kiyev “Dinamo”sundakı oyunları olub. O, Ukraynada “Çernomorets”in heyətində də yer alıb. Yarımmüdafiəçi Macarıstanın “Honved” klubunun da formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right