Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.
Newsport.az saytının məlumatına görə, "İnter" doğma meydanda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.
"İnter Arena"dakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Zaur Svanadze qələbəni belə şərh edib:
"Çətin oyunda 3 xalı qazana bildik. İlk hissədə hesab 2:0 olarkən, çox çətin anlar yaşadıq. İkinci hissədə isə vəziyyəti bir qədər düzəltdik, daha çox hücumlar qurduq. Qələbə qazandığımız üçün çox şadam. Oyunçuları təbrik edirəm. "Qəbələ"yə Avropa Liqasında uğurlar arzulayıram. Hazırda əsas problem Rauf Əliyevin aldığı zədədi. Onun zədəsi ilə bağlı indi konkret danışa bilməyəcəyəm. Müayinədən sonra hər şey məlum olacaq".