Qurbanov: " Qələbə qazanmasaydıq..."

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.
 
Newsport.az saytının məlumatına görə, "Qarabağ" evdə "Xəzər Lənkəran"nı 1:0 hesabı ilə məğlub edib.

"Dalğa Arena"dakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qalibiyyəti belə şərh edib:

“Mən ilk növbədə istəkli kollektiv yaratdığına görə Yunis Hüseynovu təbrik edirəm. Hər iki komandanın azarkeşlərinə minnətdaram. Futbolçularıma təşəkkür edirəm ki, qələbə üçün əllərindən gələni etdilər. Qələbə qazanmasaydıq belə, mən oyunçulardan razılığımı bildirəcəkdim. Çünki meydançada düzgün mübarizə aparırdılar. Futbolçular dinamik komandaya qarşı süni örtüklü meydançada çıxış etdilər. Rəqib oyunun ilk dəqiqəsindən meydançanın hər qarışı uğrunda mübarizə aparırdı. Bizim qarşıda “Tottenhem”ə qarşı ağır oyunumuz gəlir. Həmin oyuna qədər kollektivi optimal vəziyyətə gətirməliyik”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right