Hüseynov: "Təəssüflər olsun ki, belə alındı”

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.
 
Newsport.az saytının məlumatına görə, "Qarabağ" evdə "Xəzər Lənkəran"nı 1:0 hesabı ilə məğlub edib.

"Dalğa Arena"dakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Yunis Hüseynov məğlubiyyəti belə şərh edib:

“Fasilədən sonra keçirilən ilk oyunda azarkeşlərimiz bizi dəstəklədilər. Oyuna heç də yaxşı əhval-ruhiyyədə çıxmamışdıq. Bildiyiniz kimi, məlum səbəblərə görə yeni transferlərimizi oynada bilmədik. Skarlatake və Elşən Rzazadə cəza səbəbindən meydançaya çıxa bilmədilər. Gənc oyunçularımız isə döyüşdülər. Çalışacağıq ki, həmin gənclərlə qışa qədər vacib oyunları layiqli şəkildə oynayaq. Heyətimiz çox kasaddı. Hətta əvəzetmələr edə bilmirdim. Düşünürəm ki, vaxt keçdikcə yaxşı olacaq. Hər oyun futbolçunun təcrübəsinin artması deməkdi. Vurğulayım ki, komandanı  toplamaqda əziyyət çəkmişdik. Çox istəyirdim ki, həmin o kollektivlə  “Qarabağ”a qarşı oynayıb. Bax o zaman “Xəzər Lənkəran”ın necə komanda olduğunu  görərdiniz. Təəssüflər olsun ki, belə alındı”. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right