FİFA-nın "Xəzər Lənkəran”a tətbiq etdiyi transfer qadağasını qüvvədə saxladığını xəbər vermişdik.
Newsport.az saytının məlumatına görə, bu gün Lənkəran təmsilçisi məsələ ilə bağlı mətbaut konfransı keçirərək yanvara qədər yeni futbolçularını oynada bilməyəcəyini elan etdi.
Təbii ki, belə vəziyyətdə futbolçuların 5 ay futbolsuz qalmaq istəməməsi başadüşüləndi. Artıq onlardan ikisi "Xəzər Lənkəran”ı tərk edib. Bunu komandanın baş məşqçisi Yunis Hüseynov deyib. "Qarabağ”la oyundan sonra keçirilən mətbuat konfransında Hüseynov Ruslan Abışov və Vüqar Nadirovun artıq komandadan ayrıldığını bildirib. Bu gedişlə bütün yeni futbolçular özlərinə yeni iş yerləri axtarmalı olacaq.