"Qarabağ" və "Sabah"ın oyunları hansı kanallarda?

Azərbaycan klublarının bu gün avrokuboklardakı oyunu canlı yayımlanacaq.

Newsport.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa "Rakov"u ilə ilk oyunu (saat 22:15) "CBC Sport", "Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviya RFŞ-i ilə ilk matç (saat 20:00) İTV vasitəsi ilə açıq yayımla nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçiləri "Neftçi" və "Qəbələ" sabah Konfrans Liqasında mübarizəyə başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right