“Omoniya”nın 3 futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Kiprin “Omoniya” klubunun 3 futbolçusu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə ilk oyunu buraxacaq.

Newsport.az-ın Nikosiya təmsilçisinin mətbuat xidmətinə istinadən məlumatına görə, müdafiəçilər Nikolas Panagiotu, Paris Psaltis və monteneqrolu yarımmüdafiəçi Novirtsa Erakoviç Qəbələdəki görüşdə iştirak etməyəcəklər.

Adıçəkilən oyunçular zədədən əziyyət çəkdikləri üçün bu gün Azərbaycana yollanacaq heyətdə yer almayacaqlar.

Qeyd edək ki, iyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Omoniya” oyunu saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right