2023/24 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" bu gün qardaş ölkədə son yoxlama oyununu keçirəcək.
Newsport.az xəbər verir ki, Samir Abasovun komandası Türkiyənin 1-ci liqa təmsilçisi "Ərzurumspor"la üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Bu, "Sumqayıt"ın Ərzurumdakı 2-ci və sonuncu oyunu olacaq. Komanda ilk görüşündə Superliqa təmsilçisi "Sivasspor"a uduzub - 0:1.