Şahin Diniyev AZAL-la oyunu şərh etdi

"Mövsümdə ilk qələbəmizi qazandıq. Mənə elə gəlir ki, təzyiq üstümüzdən götürülsə, daha rahat çıxış edə biləcəyik". 

Newsport.az-ın məlumatına görə, bu sözləri oyundan sonra "CBC" kanalına açıqlamasında "Kəpəz" klubunun baş məşqçisi Şahin Dİniyev deyib.

Cari mövsüm ilk qələbəsini AZAL üzərində qazanan Şahin Diniyev AZAL-la oyunu şərh etdi

"Kəpəz"in baş məşqçisi qonaqların inamlı təsir bağışlayacağını gözlədiyini deyib: "AZAL-ın məğlub olduğu komandalar "Qarabağ" və "Qəbələ"dir. Bilirdik ki, bizi çətin oyun gözləyir və gözlədiklərim oldu".

Ş.Dİniyev ukraynalı hücumçu Aleksandr Sitnik haqqqında da danışıb. O, bildirib ki, futbolçunun fiziki durumu hələ tam hazır vəziyyətdə deyil: "Onun da üstündə təzyiq var və çalışır ki, qol vursun. Bugünkü oyunda hücumda müdafiəçilərə qarşı təzyiq edə bildi. Deməzdim ki, bu oyunda pis çıxış etdi. Ancaq zaman keçdikcə komandaya uyğunlaşacaq".

Qeyd edək ki, "Kəpəz" - AZAL qarşılaşması 1:0 hesabı ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right