“Rizəspor” Medinanın transferindən vaz keçdi

Türkiyənin “Rizespor” klubu “Qarabağ”ın futbolçusu Kevin Medinanın transferindən imtina edib.

Newsport.az “Ajansspor”a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi 30 yaşlı müdafiəçinin prosesi uzatması səbəbindən bu addımı atıb.

Xatırladaq ki, daha əvvəl kolumbiyalı oyunçunun Rizə təmsilçisi ilə anlaşdığı bildirilirdi.

Medinanın “Qarabağ”la müqaviləsinin müddəti 2024-cü ilin yayınadək qüvvədədir. O, 2020-ci ildən bu klubun uğurları üçün çalışır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right