Bu gün “Sabah” UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.
Newsport.az-ın məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu komanda Latviyada RFS-in qonağı olub. Bununla da, paytaxt təmsilçisi avrokuboklarda debüt edib.
Oyun Azərbaycan təmsilçisi üçün uğurlu alınıb. “Sabah” səfərdən inamlı qələbə ilə qayıdıb.
Komandalar arasında cavab görüşü bir həftə sonra “Bank Respublika Arena”da keçiriləcək.
Azərbaycanın digər təmsilçilərindən “Qəbələ” və “Neftçi” Konfrans Liqasında ilk matçlarını iyulun 27-də keçirəcəklər.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
26 iyul
RFS – Sabah 0:2
Qollar: Boyan Letiç, 22. Davit Volkov, 56.
Baş hakim: Yan Maxalek (Çexiya)
Yurmala. Sloka stadionu