“Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxır. Ağdam təmsilçisi Polşada “Rakuv”un qonağı olacaq.
Newsport.az xəbər verir ki, “Miejski” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi (ilk oyun)
22:15. “Rakuv” (Polşa) – “Qarabağ” 3:2
Qollar: Elvin Cəfərquliyev, 55 (avtoqol), Piaseçki, 71, Kittel, 90+1 - Redon Cica, 73, 75
Baş hakim: Lukas Fendrix (İsveçrə).
Bu komandalar arasında cavab görüşü avqustun 2-i olacaq və oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Bu cütün qalibi 3-cü mərhələdə “Aris” (Kipr) – BATE (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.