AZAL-ın məşqçisi Vadar Nuriyev Azərbaycan Premyer Liqasının 4-cü turunda "Kəpəz"ə uduzduqları matçdan (0:1) sonra fikirlərini bildirib.
Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, qarşılaşma haqda bunları deyib:
"Oyuna yaxşı hazırlaşmışdıq. Gəncədə qalib gəlmək istəyirdik, amma alınmadı. Düşünürəm ki, nəticə oyuna görə olmadı".
V.Nuriyev futbolçulardan razı qaldığını bildirib:
"Sadəcə, təcrübəsizlik var. Bunu aradan qaldırmaq lazımdır. Komanda geridə qalan 4 oyunda qələbə qazanmasa da, biz aşkar autsayder deyilik”.