"Qəbələ"dən növbəti transfer Foto

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” qapıçı Rəşad Əzizlinin keçidini rəsmiləşdirib.

29 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Əzizlinin son klubu “Şamaxı” olub. O, bunadək “Rəvan”, AZAL, “Səbail”, “Neftçi”, “Sumqayıt” və “Zirə”nin formasını geyinib. Qapıçı Azərbaycan milli komandalarında da çıxış edib. Rəşad U-17 və U-19 yığmalarının şərəfini qoruyub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right