"Qarabağ" - "Rakuv" oyununun biletləri satışa çıxarılıb

Bakıda "Qarabağ" və Polşanın "Rakuv" komandaları arası keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.

Newsport.az xəbər verir ki, qiymətlər müvafiq olaraq 5, 20, 30 və 75 manatdır.

Azarkeşlər biletləri Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış) və klubun Park Bulvardakı fan-şopundan əldə edə bilərlər.

Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Polşadakı ilk görüş iyulun 26-da olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right