“Neftçi”dən ayrılan məşqçinin yeni komandası müəyyənləşib

“Neftçi”dən ayrılan məşqçi Vadar Nuriyevin yeni komandası müəyyənləşib.

Newsport.az xəbər verir ki, “ağ-qaralar”da seleksiya şöbəsinin üzvü kimi fəaliyyət göstərən mütəxəssis 2023/2024 mövsümündə “Araz-Naxçıvan”ın məşqçilər korpusunda yer alacaq.

51 yaşlı Nuriyev baş məşqçi Azər Bağırovun köməkçilərindən biri olacaq. O, artıq Premyer Liqa təmsilçisinin Qəbələdəki təlim-məşq toplanışına qatılıb.

Qeyd edək ki, “Araz-Naxçıvan”da Vadar Nuriyevdən başqa, Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right