“Jelezniçar” – “Neftçi” oyununun biletləri bitib

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina klubu “Jelezniçar”la keçirəcəyi səfər oyununun biletləri bitib.

Newsport.az-ın “klix.ba” nəşrinə istinadən məlumatına görə, “Qrbavitsa” stadionunda keçiriləcək görüş üçün bütün biletlər iki gün ərzində satılıb.

Bu isə o deməkdir ki, Sarayevodakı təxminən 13 000 tamaşaçı tutumuna malik arenada qarşılaşma zamanı anşlaq olacaq.

Qeyd edək ki, iyulun 27-də oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right