Azərbaycan klubu indoneziyalı futbolçu üçün 700 min avro təklif edib

“Sabah” İndoneziya millisinin futbolçusu Sendi Uolşu transfer etmək istəyir.

Newsport.az “bolasport.com” saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Belçikanın “Mexelen” klubunun sağ cinah müdafiəçisi üçün danışıqlar aparır.

Bakılılar 28 yaşlı oyunçunu heyətə cəlb etmək üçün qarşı tərəfə təzminat ödəməyə də hazırdır. Premyer Liqanın gümüş mükafatçısı transferin reallaşmasından ötrü 700 min avro ödəmək niyyətindədir.

Qeyd edək ki, Sendi Uolşun “Mexelen”lə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right