"Sabah"dan ayrılan futbolçu Portuqaliya klubuna keçib

"Sabah"dan ayrılan futbolçu Abdulaye Banın yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, 32 yaşlı müdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.

Seneqallı oyunçu "Tondela" ilə anlaşıb. Onun müqaviləsinin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Abdulaye Ba 2022/2023 mövsümündə "Sabah"ın formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right