"Zirə" Tanzaniya klubu ilə heç-heçə etdi

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün ikinci yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Tanzaniyanın "Simba" klubu ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

"Zirə"nin heyətində Rüstəm Əhmədzadə fərqlənib.

Qeyd edək ki, "Zirə" Bolu toplanışı çərçivəsində keçirdiyi ilk hazırlıq matçında Türkiyə Super Liqa təmsilçisi "Fatih Karagümrük"lə 0:0 hesablı heç-heçə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right