Tuyqun Nadirov: “Bundan böyük hansı qərəz ola bilər?”

"Xəzər Lənkəran”ın bu gün transfer qadağasına həsr olunmuş mətbuat konfransı keçirdiyini xəbər vermişdik.

Newsport.az-ın məlumatına görə, tədbirdə klubun vitse-prezidenti Tuyqun Nadirov məsələyə münasibətini bildirdikdən sonra media nümayəndələrinin suallarını cavablandırıb.
 
- Bu gün mövzumuz "Xəzər Lənkəran”ın tranfser qadağası ilə bağlıdır. Bildiyiniz kimi, FİFA klubumuza qadağa qoyub. 2014-cü ilin avqustunda qərar qəbul olunub və həmin ilin oktyabrında bizə göndərilib. Bu qadağa avqustun 31-də başa çatıb. Biz də öz növbəmizdə yeni oyunçular transfer etmişik. AFFA tərəfindən FİFA-ya məktub da göndərilib. Amma əfsuslar olsun ki, FİFA bizə yeni yeni oyunçuların sifarişinə icazə verməmişdir. Bu bizə qarşı haqsızlıqdır. Çünki bizə daxil olan reqlamentdən sonra qaydalar dəyişib və bizə yeni qaydalara əsasən, qadağa qoyulub. FİFA-dan gələn məktubun əsas məqsədi klubumuzu zəiflətməkdir.
 
- Yeni transferlərin taleyi necə olacaq? 
- Biz bu mövsüm etdiyimiz transferləri həyata keçirəndə heç bir qayda pozuntusuna yol verməmişik. Bizə 2010-cu il reqlamenti ilə cəza tətbiq olunub. Həmin reqlamentə əsasən, yeni transferlərimiz avqustun 31-dən sonra sifariş edə biləcəkdik. Amma dediymiz kimi, biz yeni reqlamentlə cəzalanmışıq. Həmin futbolçularla dünən söhbət etmişik. Bu gün "Qarabağ”la oyundan sonra da, söhbət edəcəyik. Yəqin ki qışa qədər onlar bizimlə birgə olacaqlar. Biz yenə də FİFA-ya şikayət edəcəyik. Əlimizdə olan faktlarla münasibətimizi bildirəcəyik. İnanıram ki, AFFA da bizə bu işdə yardım edəcək. Oyunçuların sifarişinin baş tutmasına tez bir zamanda çalışacağıq. 
 
- Vüqar Nadirov və Ruslan Abışovun "Neftçi”yə keçəcəyi yazılır... 
- Bu məslələrin hardan qaynaqlandığını başa düşmürəm. Dediyim kimi, biz bütün futbolçularımızla danışmışıq. Düzdü, başa düşürük ki, onlar oynamaq istəyirlər. Biz yaxın günlərdə, daha dəqiq desək, sentyabrın sonunadək bu işləri həll etməyə calışacağıq. 
 
- Bayaq qeyd etdiniz ki, FİFA-nın bizə qərəzi var. Axı hansı qərəzdən söhbət gedir?
- Dediyim kimi, bizim transfer qadağamız avqustun 31-i başa çatmalı idi. Bundan böyük hansı qərəz ola bilər? Bildiyiniz kimi, Vedin Muharremoviç bizdən 125 000 avro pul istəyib. Biz də FİFA-ya göndərdiyimiz məktubda onun bizimlə heç bir oyunda iştirak etmədiyini bildirmişik. FİFA-nın qərarında isə, nun tələb etdiyi məbləğ aradan qaldırılıb. Biz bu məsələyə hüquq çərçivəsində aydınlıq gətirəcəyik. 
 
- Qalin İvanovla bağlı nə deyə bilərsiniz? Məsələ açıq olaraq qalır? 
- Bildiyiniz kimi, Qalin İvanov ötən il düşərgəni özbaşına tərk etmişdi. Həm o, "Xəzər Lənkəran”dan, həm də biz ondan şikayət etmişdik. O məsələni qaydasına salmağa çalışırıq. Dedeyiniz kimi, Qalin İvanovla bağlı şikayətimiz var. 
 
- Siz bu barədə CAS-a şikayət edəcəksinizmi? 
- Biz bu məsələdə ikili şikayət etmişik. İvanovun tələb etdiyi məbləği bizi qane edəcək qədər azaltmışıq. Yazılanlara görə, biz İvanova olan borcumuzu sentyabrın 30-dək ödəməliyik. Amma biz bu barədə futbolçunun vəkili ilə danışmışıq. Bu prosesi mərhələlərlə həll edəcəyik. 
 
- Eder Bonfim də klubdan şikayət etmişdi. Bu məsələ nə yerdə qalıb? 
- FİFA bu şikayətə də baxıb. Yaxın zamanlarda bu məsələ də açıqlanacaq. 
 
- Premyer Liqada 10 klub var. Amma belə hadisələr ancaq "Xəzər Lənkəran”ın başına gəlir... 
- Mən bu fikirlə razılaşmıram. Azərbaycanda elə klub var ki, heç bir əcnəbi futbolçu transfer etməyib. Əlbəttə, əgər legioner yoxdursa, FİFA ilə nə problem yarana bilər? İş olan yerdə problem də olamlıdır. Sadəcə, legionerlər klubla narazılığı yarananda problemini klubla yox, FİFA ilə həll edir. Buna görə də müəyyən problemlər ortaya çıxır. Biz FİFA-ya bir neçə məsələdə qalib gəlmişik. Məşhur "6 xal” söhbəti yəqin yadınızdan çıxımayıb. Ümid edirik ki, haqq-ədalət yenə öz yerini tapacaq. 
 
- Əgər bu problem həll olunmasa, çətin vəziyyətdə qalacaqsınız. Sonluqda nə edə biləcəksiniz? Çünki bu günkü kimi əsas heyətdə 12 futbolçu var. Belə olan halda hansı iddiadan danışa bilərik? 
- Sizinlə razılaşmıram. "Xəzər Lənkəran” bütün mövsümlərə iddialı başlayıb.Yenə dediyim kimi, bu məsələni həll etməyə çalışacağıq. Biz yaxın günlərdə haqlı olduğumuzu sübut etsək, FİFA-dan haqqımızı tələb edəcəyik. 
 
- Son vaxtlar mətbuatda klubla bağlı xeyli məsələlər yazılıb. Hətta klubun fəxri prezidenti Mübariz Mənsimovun kluba maliyyə yardımı etməməsi yazılır. Bu məsələlərə bir neçə kəlmə ilə nöqtə qoya bilərsinizmi? 
- Əlbəttə, vəziyyətin tam ideal olduğunun deyə bilmərəm. Amma bizim futbolçularımızla bağlı heç bir problemimiz və borcumuz yoxdur. Son zamanlar yazılıb ki, bizim Sankoya borcumuz var. Məhz buna görə də, Alfred FİFA-ya şikayət edəcək. Amma bu məsələ çox qabardılıb. Biz Sanko ilə olan problemimizi həll etdikdən sonra bu barədə xəbərlər işıq üzü görüb. Belə məsələlərdə diqqətli olmağınızı xahiş edirəm. O ki qaldı fəxri prezident məsələsinə, Mübariz Mənsimov həmişə klubumuzun yanındadır və klubda olan bütün proseselərdən onun xəbəri var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right