"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, qərb bölgəsi təmsilçisi Alexandro Qarsiya Serranonu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı ispaniyalı futbolçu ilə 1+1 illik rəsmi müqavilə bağlanıb.
"Sportinq Xixon"un yetirməsi olan yarımmüdafiəçi karyerası ərzində "Malyorka", "Selta", "Salamanka", "Kornelya", "Qurnik" (Polşa) klublarının formasını geyinib. O, son olaraq Bolqarıstan təmsilçisi "Hebar"ın şərəfini qoruyub.