“Turan Tovuz” futbolçusu Roderik Miller ilə müqaviləni daha 2 il müddətinə artırıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Panama millisinin də şərəfini qoruyan müdafiəçi 2024/2025-ci illər mövsümünün sonunadək Tovuz klubunun şərəfini qoruyacaq.
Roderik Miller bu ilin mart ayından "Turan Tovuz"da oynayır.
Qeyd edək ki, "Turan Tovuz" bu yay Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli, Sadiq Quliyev, Tərlan Quliyev, Ehtiram Şahverdiyev, Eltun Turabov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, Vüsal Məsimov, Belajdi Pusi və Piruzi Marakvelidze ilə də müqaviləni uzadıb.