Zamiq Əliyev “Araz-Naxçıvan”da

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb. Newsport.az xəbər verir ki, “Qarabağ” klubunun yetirməsi olan Zamiq Əliyev qarşıdakı bir il ərzində bu komandanın formasını geyinəcək.
 
Ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirən 22 yaşlı mərkəz müdafiəçisi müxtəlif illərdə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də heyətində yer alıb. Bu gün tibbi müayinədən keçən müdafiəçi komandanın Qəbələdəki toplanışına qoşulacaq.
 
Xatırladaq ki, "Araz-Naxçıvan" buna qədər Nuno Miguel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayevlə müqavilə imzalayıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right