"Omoniya" asanlıqla mərhələ adlayacaq" Andreas Yatrou

Kiprin "Omoniya" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində səfərdə "Qəbələ"nin qonağı olacaq. Newsport.az xəbər verir ki, yunanlar bu görüşə ciddi şəkildə hazırlaşır. Bu gün və sabah “İlias Pullos”da son məşqini keçirəcək "Omoniya" çərşənbə günü Azərbaycana yola düşəcək.
 
Ölkənin "SPORT FM 95" radiosunun qonağı olan "Omoniya"nın veteran futbolçusu Andreas Yatrou komandanın "Qəbələ" ilə oyunda şanslarını dəyərləndirib: 
 
"Bu matç böyük əhəmiyyət kəsb edir. Belə görüşlərdə cavab qarşılaşmasının evdə olması daha yaxşıdır. Onların davranışına uyğun davranırsan. Üstünlük komandamızda olacaq. Çünki cavab oyunumuz öz meydanımızda dolu tribunalar önündə keçəcək. "Omoniya"nın növbəti mərhələyə asanlıqla vəsiqə qazanacağına inanıram. Bizim futbol Azərbaycan futbolundan daha yüksək səviyyədədir”.
 
Qeyd edək ki, "Qəbələ" - "Omoniya" matçı iyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması 1 həftə sonra Kiprdə oynanılacaq. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right